Xəzər Xəbər

Solovyov ukraynalı eksperti qovdu VİDEO

Veb TV | 12:29 • 14 May 2019
Solovyov ukraynalı eksperti qovdu

Rusiyalı aparıcı Vladimir Solovyov "Kim əleyhinədir?” verilişi zamanı ukraynalı politoloq və yazıçı Vsevolod Nepoqodini studiyadan qovub.


XəzərXəbər axar.az-a istinadən xəbər verir ki, Nepoqodini Böyük Vətən müharibəsi dövründə faşistlər tərəfində döyüşən Stepan Banderanın stalinizmə qarşı mübarizəsinə haqq qazandırıb. Nepoqodin faşistləri "alternativ” adlandırıb.


"Demək, sən mənə deyirsən ki, o adam Hitlerin tərəfində döyüşməkdə haqlıdır, çünki bu, mübarizənin alternatividir? Rədd ol burdan” - Solovyov sərt reaksiya verib.


Qeyd edək ki, bu, Solovyovun ukraynalı ekspertləri verilişindən qovduğu ilk hadisə deyil.


Xəbər lenti