Xəzər Xəbər

Maraqlı aksiya: Kimi quş yuvası düzəldir, kimisi isə hazır yuvanı ağacdan asır - VİDEO

Veb TV | 17:36 • 23 Mart 2019
Maraqlı aksiya:

Yazın gəlişi ilə köçəri quşlar isti ölkələrdən geri qayıdır. Şəki məktəbliləri də bu quşların rahat yuva tapmaları üçün maraqlı bir aksiyaya başlayıblar. Onlar quş yuvaları hazırlayaraq ağaclardan asırlar. Bu işdə onların ən böyük dəstəkçiləri isə müəllimləridir.

Kimi quş yuvası düzəldir, kimisi isə hazır yuvanı ağacdan asır.

Görüntülər Şəkidəndir. Şəhər ərazisindəki məktəblərdən birinin şagirdləri yazın gəlişi və köçəri quşların geri qayıtması münasibətilə yeni bir aksiyaya start veriblər. Məktəblilər isti ölkələrdən qayıdan quşların rahat yaşaya bilməsi üçün yuvalar hazırlamağa başlayıblar.

Məktəb kollektivi və müəllimlərin yardımı ilə quş yuvalarının hazırlanması üçün lazım olan avadanlıqlar alınıb. Məktəblilər dərsarası fasilələrdə, eləcə də dərsdən sonra bir araya gələrək yuvalar hazırlayırlar.

Ayrı-ayrı qruplar şəklində çalışan məktəblilər hazırladıqları quş yuvalarını gözoxşayan rənglərdə boyamaqla yanaşı, onları yemlə də təmin edərək ağaclara bərkidirlər.

Təşəbbüs digər məktəblilər tərəfindən də müsbət qarşılanıb. İndiyə kimi 20-dən çox quş yuvası hazırlanaraq ağaclardan asılıb.

Xəbər lenti

Çox oxunanlar