Xəzər Xəbər

Bakıda narkotik alverçisi və onun müştərisi tutulub - VİDEO

Veb TV | 19:38 • 16 Fevral 2019
Bakıda narkotik alverçisi və onun müştərisi tutulub -

Bakıda narkotik maddə alverçisi və onun müştərisi tutulub.

Xezerxeber.az-ın məlumatına görə, onlar göyərti və ağartı məhsulları satan şəxslər kimi məhlələrə gəlib narkotik maddə satırmış.

Nərimanov rayon 18-ci polis şöbəsi əməkdaşları ilk olaraq müştərini saxlayıblar. Daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Seyidbəyov saxlanılıb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni "Seyid" adlı şəxsdən şəxsi istifadəsi üçün aldığı bildirib. Ceyhun Seyidbəyovun üzərinə baxış zamanı ondan 10 qramdan çox tiryək də aşkar edilərək götürülüb.

Narkotik maddənin mənbəyinin müəyyən edilməsi üçün şöbə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatla "Seyid" adlı şəxs qısa zamanda müəyyən edilib. Nəticədə narkotik maddələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Masallı rayon sakini Mirağa Salayev tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman iki büküm, ümumi çəkisi 1 kiloqram 50 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar