Xəzər Xəbər

Ağdamda qədim döyüş silahları tapılıb - VİDEO

Veb TV | 19:57 • 16 Dekabr 2018
Ağdamda qədim döyüş silahları tapılıb -

Ağdamda qədim döyüş silahları tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonda 3 əsrdən çox yaşı olan qılınc, ox ucları və nizə üzə çıxıb.

Rayonu ərazisində aşkar edilən qədim döyüş alətləri 17-18 əsrlərə aid edilir. Yerli sakinlər tərəfindən tapılan qılınc, nizə və ox ucları rayon tarix diyarşünaslıq muzeyinə təhvil verilib.

Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinin fond müdiri Xatirə Kərimova bildirib ki, hazirda həmin alətlər muzeydə eksponat kimi qorunub saxlanır və sərgilənir. Qədim döyüş silahları 17-18 əsrə Qarabağ xanlığı dövrünə aid olduğu ehtimal edilir.

Bundan başqa, rayonun Mahrızlı və Qaradağlı kənd sakinləri könüllü şəkildə uzun illərdir ki, evlərində saxladıqları qədim döyüş alətlərini rayonun Tarix-Diyarşünaslıq Muzeyinə verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti