Xəzər Xəbər

Maksim Şevçenko: Paşinyan siyasətinə qarşıyam, rayonlar şərtsiz geri qaytarılmalıdır - VİDEO

Veb TV | 20:49 • 15 Dekabr 2018
Maksim Şevçenko:

PaşinyanSarkisyanın siyasətini davam etdirməməli, Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmalıdır. Bu sözləri rusiyalı jurnalistMaksim Şevçenko özünün internetsəhifəsində paylaşıb. Şevçenkonun sözlərinəgörə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün ermənilər onu şantaj etməyə başlayıblar.

''Erməni qoşunları bu ərazilərdən çıxarılmalı və təcili olaraq bir milyondan artıq azərbaycanlı qaçqın geri qaytarılmalıdır.''

Rusiyalı jurnalist Maksim Şevçenko ədalət prinsipini üstün tutaraq erməni iddialarını yalanlayıb.

Jurnalistin qənaətinə görə, münaqişənin davam etməsində günahkar,tez-tez dəyişən Ermənistan hakimiyyətidir.Şevçenko , Əminliklə bildirib ki,qaçqın və məcburi köçkün düşmüş Azərbaycanlılar yurdlarına geri qayıtmalıdır. Maksim Şevçenko əlavə edib ki, onun bu fikrini Ermənistanın millətçilik mifinə yoluxmayan ağıllı vətəndaşları dəstəkləyəcəklər.

RusiyalıjurnalistPaşinyanın siyasətindən narazı olduğunu bildirməklə bərabər,gələcəyə inamlı olduğunu ifadə edib.Maksim Şevçenko açıq bildirir ki,uzun illər davam edən münaqişədə haqq Azərbaycanın tərəfindədir. O, həmçinin Azərbaycanda hər kəsin müharibəyə hazır olduğunu da bildirib.

Maksim Şevçenko Vurğulayıb ki, azərbaycanlılar münaqişəni sülh yolu ilə həlletməyə çalışsalar da,bununla bərabər hərbi gücləriniartırırlar. İyun ayının 26-daBakıda keçirilən möhtəşəmhərbi parad bunu nümayiş etdirdi. Müasir hərbi texnika, dağıdıcı silahlar, tanklar, təyyarələr, raketlər, artilleriya və s. Azərbaycan Silahlı Qüvvələrininəzəmətini bütün dünyaya göstərdi.Azərbaycan dünyaya Tolstoyun dediyi kimi,mesaj verdi: "Biz hərb istəmirik, hərbə hazırıq!"

Xəbər lenti