Xəzər Xəbər

Tələbələr avtobusda dəhşətli qəzaya düşdü – Çox sayda ölənlər var - VİDEO

Veb TV | 17:34 • 15 Dekabr 2018
Tələbələr avtobusda dəhşətli qəzaya düşdü

Rusiyanın Krasnoyarsk vilayətində çox sayda insanın həlak olduğu ağır yol hadisəsi baş verib.

Krasnoyarskdan Ujur istiqamətində hərəkət edən sərnişin avtobusu qarşıdan gələn yük maşını ilə toqquşub.

İlkin məlumatlara görə, əksəriyyəti tələbələr olan sərnişinlər müxtəlif dərəcədə yaralanıblar. Ölənlərin sayı dəqiq göstərilməsə də çox olduğu bildirilir.

Şahidlər hadisəyə səbəb kimi kəskin hava şəraitini göstərərək, həmin gün çox soyuq olduğunu və güclü külək əsdiyini deyiblər.

Yerli Yol polisinin mətbuat xidmətindən verilən xəbərə görə, qəzanın baş verdiyi Nazarov şəhərinə dərhal təcili tibbi yardım maşını göndərilib.

Hazırda hadisənin səbəbləri və detalları araşdırılır.

teleqraf

Xəbər lenti

Çox oxunanlar