Xəzər Xəbər

Bakıda aqrar və yaşıl texnologiyalar üzrə forum başlayıb - VİDEO

Veb TV | 20:31 • 10 Dekabr 2018
Bakıda aqrar və yaşıl texnologiyalar üzrə forum başlayıb -

Bu ilin 9 ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi 4,3 faiz artıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Bakıda keçirilən "Yaşıl gələcək üçün innovasiyalar" adlı Beynəlxalq Forumda məlumat verilib.

Kənd Təsərüfatı və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, nazirlər, bir sıra dövlət qurumlarının rəhbərləri, yerli və beynəlxalq mütəxəssislər iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, aqrar sektorun inkişafı üçün müasir texnologiyalar və innovasiyalardan istifadə etmək vacibdir. Çünki bu zaman məhsulun qiyməti 45-50 faiz aşağı düşür.

Azərbaycanda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün müasir texnologiyalardan istifadə edilməsinin vacibliyi də vurğulanıb.

Daha sonra panellər üzrə müzakirələr aparılıb. Forum 2 gün davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti