Xəzər Xəbər

Ukraynanın birinci prezidenti: Heydər Əliyev özünü ölkəsindən kənarda təsəvvür etmirdi - VİDEO

Veb TV | 20:25 • 10 Dekabr 2018
Ukraynanın birinci prezidenti: Heydər Əliyev özünü ölkəsindən kənarda təsəvvür etmirdi -

Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar bir çox tanınmış ictimai xadimlər xatirələrini bölüşməkdə davam edirlər.

Xezerxeber.az-ın məlumatına görə, bu dəfə Ukraynanın birinci prezidenti Leonid Kravçuk və İTAR-TASS agentliyinin sabiq baş direktoru Vitali İqnatenko Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında xatirələrini bölüşüblər.

Leonid Kravçuk "Moskva-Bakı" portalına müsahibəsində Heydər Əliyevin öz ölkəsini möhkəmlətmək üçün ideya və həllər tapdığını deyib.

Kravçuk, Heydər Əliyevin az danışdığını, ancaq dediyi sözlərin kəsərli olduğunu bildirib.

Leonid Kravçuk, Heydər Əliyevin heç bir standarta sığmadığını deyib. Ukraynanın ilk prezidenti, ümummilli liderin Azərbaycana xas ənənələri SSRİ dövründə də yaşatdığını qeyd edib.

Ukraynanın sabiq prezidenti Leonid Kravçuk, Azərbaycanın bu gün ağıllı xarici siyasət yürütdüyünü bildirib.

"Azərbaycandan öyrənilməli məsələlər var - bu ölkədə mövcud olan asayişi, görülən təşkilati işləri və məsuliyyət hissini öyrənməyə dəyər",- Kravçuk fikrini bu sözlərlə tamamlayıb.

İTAR-TASS agentliyinin sabiq baş direktoru Vitali İqnatenko da dahi şəxsiyyətlə bağlı düşüncələrini dilə gətirib. Onun sözlərinə görə, Heydər Əliyev ətrafdakılar üçün çox dərin düşüncəyə malik və əhəmiyyətli bir insan idi.

Vitali İqnatenko bildirib ki, Heydər Əliyev gələcək nəsillərə çox vacib miras qoyub: "Heydər Əliyevi əvəz edən nəslin nümayəndələri onun şəxsiyyətinin miqyasının böyüklüyünü daim nəzərdən keçirməli, öyrənməli və lazımınca qiymətləndirməlidir".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti