Xəzər Xəbər

STARTAP-lar vergidən azad edilir MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA - VİDEO

Veb TV | 19:06 • 20 Noyabr 2018
STARTAP-lar vergidən azad edilir

Mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq. Beləki"Startap şəhadətnaməsi" alan hüquqi şəxslər mənfəət vergisindən ,fərdi şəxslər isə gəlir vergisindən azad ediləcək.

Vergilər məcəlləsinə edilən budəyişiklik 2019 cu ilin yanvar ayının birindən tətbiq ediləcək.Bunun üçün isə ilkin olaraq hüquqi şəxslər və fərdi sahibkarlar "Startup şəhadətnaməsi "almalı olacaqlar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişilinin sözlərinə görə vergilər məcəlləsinə edilən dəyişiklik beynəlxalq təcrübəyə əsaslanaraq həyata keçiriləcək.Burda isə əsas məqsəd vergidən azad olunan məbləğin innovasiyaların inkişafına yönləndirməkdi.

Vergilər Məcəlləsinə ediləcək bu dəyişiklik ilkin olaraq 3 il müddətinə nəzərdə tutulub.Növbəti mərhələdə isə startup layihələrinə investiya yatıran şirkətlərin də vergidən azad olunması məsələsi müzakirə olunur.

Xəbər lenti

Çox oxunanlar