Xəzər Xəbər

Kəskin istilər limonun məhsuldarlığına təsir edib VİDEO

Veb TV | 20:53 • 18 Avqust 2018
Kəskin istilər limonun məhsuldarlığına təsir edib

Yayda havanın həddən artıq isti keçməsi Astaranın sitrus bağlarına təsir edib. Limon ağacları həm az bar verib, həm də limonun ölçüləri kiçilib. Fermerlər oktyabr ayında yetişəcək məhsulun qiymətinin artacağı, yaxud azalacağı barədə hələki bir şey deyə bilmirlər.

Astara rayonunda bu il limonunun məhsuldarlığı aşağı olub.

Təsərrüfatlar bildirir ki, uzun illərdir limon əkib-becərməklə məşğuldurlar. Bu il isə bağlarda məhsuldarlıq bir qədər aşğıdır. Fermerlər məhsulun az olamsının səbəbini yay aylarında havaların çox isti keçməsi ilə əlaqələndirirlər.

Limon ağaclarının üstündə barı azdır.Bundan əlavə limonun ölçüləri də kiçilib. Bu isə bir başa sahibinə təsir edir.

Qeyd edək ki, Astara limon bağlarında məhsul dəriminə oktyabr ayından başlanacaq.

Xəbər lenti