Xəzər Xəbər

DİM imtahan nəticələrini açıqladı VİDEO

Veb TV | 20:52 • 15 Avqust 2018
DİM imtahan nəticələrini açıqladı

Bu gün ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanıb. 40 minə yaxın abituriyent tələbə adını qazanıb. Amma bununla belə yenə vakant yerlər də qalıb. Dövlət Imtahan Mərkəzi vakant yerlərə ixtisas seçiminin vaxtını açıqlayıb magistratur pilləsinə qəbulun nəticələri də açıqlanıb. Yerlərdən 25 faizi boş qalıb.

Dövlət imtahan Mərkəzi imtahanların nəticələri açıqlayıb. 40 minə yaxın abituriyent ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanıb.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı sabah «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaqdır.

Ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaqdır. Həmin yerlərə ixtisas seçimi avqustun 16-dan 20-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı kolleclərin ixtisaslarının da kodlarını göstərə bilərlər.

Bu arada, magistraturaya qəbul üçün ayrılan plan yerlərindən 25 faizi boş qalıb. Başqa sözlə desək, 8373 plan yerindən 2104-ü boş qalıb. magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 12 387 bakalavr qeydiyyatdan keçib. I mərhələdə müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak edən 7293 bakalavrdan 6388 nəfəri magistratura səviyyəsinə qəbul olub. boş qalan plan yerinin müsabiqəsində iştirak etmək üçün isə 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub

Dövlət imtahan mərkəzi magirstatura səviyyəsinə qəbul üçün ayrılan plan yerlərinin boş qalmasının səbəblərini də açıqlayıb.

Qeyd edək ki, magistraturaya qəbul 74 proqram üzrə aparılıb.

Xəbər lenti