Xəzər Xəbər

Təzyiq ölçən tonometrlərə güvənməyin VİDEO

Veb TV | 20:53 • 15 Avqust 2018
Təzyiq ölçən tonometrlərə güvənməyin

Ölkəmizdə yüksək təzyiqdən əziyyət çəkən insanların sayı az deyil. Bu cür problemi olan insanların təzyiqləri müntəzəm olaraq ölçülməlidir. Bir çox insan isə bunu ev şəraitindəedir.Bəs görəsən tibbi savadı olmayaninsanın təzyiq cihazından istifadə etməsi nə dərəcədə doğrudur?

Kəskin başağrıları, burundan qanaxmalar, başgicəllənmələrdən əziyyət çəkən insanlar çoxdur. Mütəxəssislər belə insanlara təzyiqi müntəzəm olaraq ölçməyi tövsiyə edir. Bu sonradan başverəcək bir çox problemlərin qarşısını öncədən almağa kömək edir.

Lakin bəzən bütün həyatımız doğru bildiyimiz bir yanlışdan aslı olur. Bu ən çox ev şəraitində təzyiqölçmə aparatlarının yanlış istifadəsində özünü göstərir…

Bəzən ev şəraitində təzyiqi nəzarətdə saxlamaq əvəzinə xəstənin vəziyyətinin dahada ağırlaşmasına və ya növbəti xəstəliyin yaranmasına səbəb oluruq. Beləki əgər sizdə təzyiq yüksəkdir və onu yanlışlıqla aşağı salıb hər hansı bir üsula əl atmısınızsabu xəstənin vəziyyətinin daha da ağırlaşması deməkdir.

Unutmayaq ki, düzgün nəzarət olunmayan hipertenziya ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Xəbər lenti

Çox oxunanlar