Xəzər Xəbər

Ermənistanda irimiqyaslı korrupsiya şəbəkəsinin üstü açılıb - VİDEO

Veb TV | 20:11 • 8 Avqust 2018
Ermənistanda irimiqyaslı korrupsiya şəbəkəsinin üstü açılıb -

Ermənistanın Milli Təhlükəszilik Xidməti Masis rayonunda hərbi komissarlıq, həkimlər, Müdafiə Nazirliyinin əməkdaşları və hərbi xidmətə çağırılanlar arasında qurulan növbəti irimiqyaslı korrupsiya sxeminin üstünü açıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Milli Təhlükəszilik Xidmətinin mətbuat xidməti xəbər yayıb. Qeyd olunur ki, aparılan istintaq-əməliyyat işləri nəticəsində ordudakı korrupsiya şəbəkəsi ifşa olunub və onun üzvlərinin orduya çağırılan erməni gənclərə hərbi xidmətdən möhlət sənədi təqdim etdikləri aşkarlanıb.

İstintaq materiallarına əsasən, Masis hərbi komissarlığının bölmə rəisi, Karen Movsesyan aldığı 7 min ABŞ dolları müqabilində bu ilin hərbi xidmətə ilk çağırışında saxta sənədlər düzəldərək 4 erməni gəncini hərbi qulluqdan azad edib. O, əldə etdiyi pulun bir hissəsini "lazımi diaqnoz" qoyduğu üçün tibb mərkəzinin işçisinə, digər bir qismini isə hərbi komissarlığın mayoruna verib.

Həmçinin, Masis hərbi komissarlığının rəisinin hələ vəzifəyə yeni təyin olunan zaman bir çox oxşar korrupsiya cinayətlərinin də üstü açılıb. Aydın olub ki, o, davamlı şəkildə müxtəlif vəzifəli şəxslər və həkimlərlə əlbir olaraq şəbəkə yaradıb və külli miqdarda vəsait qarşılığında erməni gənclərin hərbi xidmətdən yayınmasına kömək edib.

Hazırda Milli Təhlükəszilik Xidməti orduda ifşa edilən korrupsiya şəbəkəsinin bütün üzvlərini həbs edib və onlara qarşı cinayət işi açılıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti