Xəzər Xəbər

Peruda tapılan üçbarmaqlı mumiya — Yeni insan növü yoxsa yadplanetli? - VİDEO

Veb TV | 14:29 • 26 İyun 2018
Peruda tapılan üçbarmaqlı mumiya
Tədqiqatçı mumiyanın yeni bir insan növünə aid olduğunu iddia edib. Mumiya qəbir soyğunçuları tərəfindən tapılıb. Yadplanetli olduğu iddia edilən meyit DNA və karbon analizlərdən keçib. Məlum olub ki, meyit 1800 yaşındadır. Meyitin 98.5%-i insan, 1.5%-i isə bilinməyən bir növdür.

İngilis tədqiqatçı və sənədli film prodüseri Stiv Mera Perudakı meyitləri əldə edib və bir neçə nümuna götürərək DNA testi üçün göndərib. Mera deyir ki, bu kəşf tarix kitablarımızı dəyişə bilər.

İncə, uzun başı və üç barmağı ilə diqqətləri cəlb edən mumiyalanmış meyit bir qadına aiddir və bunun yeni və bilinməyən bir insan növü olma ehtimalı da çox yüksəkdir.

Mera meyitin həqiqət olduğuna inanır. Şir-Lankadakı "Genetech” laboratoriyasının professorları da mumiyanın qeyri-adi DNA strukturuna malik olduğunu bildirirlər. Meyitin genlərində məlum olan heç bir xəstəliyin izinə rast gəlinməyib./olke.az

Xəbər lenti