Xəzər Xəbər

DİQQƏT: Bakı-Sumqayıt yolu bağlanır - VİDEO

Veb TV | 20:58 • 25 İyun 2018
DİQQƏT:

Bakı-Sumqayıt yolundan istifadə edən sürücülər alternativyollardan istifadə etməlidir. Çünki sabah gecədən etibarən Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Xırdalan dairəsi istiqamətinə qədər olan yolda hərəkət məhdudlaşdırlıacaq. Yola yeni asfalt-beton örtük vurulacaq. İşlərin qısa vaxt ərzində tamamlanması nəzərdə tutulub.

Köhnə asfalt hissə qaşınıb.Yerində yeni asfalt-beton örtük vurlması üçün isə işlər görülür.

Söhbət Bakı-Sumqayıt yolundan gedir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə,həmin istiqamətdə asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatında yenilənmə işləri aparılacaq.Yola yeni asflat-beton örtük vurulacaq.

Təmir işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından, yəni Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından dəmir yolu körpüsünədək olan hissəsini əhatə edəcək.

Sürücülərə isəBakı Dairəvi-1 - Lökbatan-Hocahəsən , Binəqədi şosesi - Binəqədi-Biləcəri , Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat alternativ avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.

Anar Nəcəfli həmçinin onu da qeyd etdi ki,sonrakı mərhələdə Xırdalan dairəsindən üzü ''Vaz dairəsi'' adlanan hissəyə qədər yola yeni-asfalt beton örtükün vurulması nəzərdə tutulub.

Xəbər lenti