Xəzər Xəbər

20 000 saxta manatı 4100 dollarla dəyişmək istədi VİDEO

Veb TV | 20:52 • 25 İyun 2018
20 000 saxta manatı 4100 dollarla dəyişmək istədi

Abşeronda saxta pul satmaq istəyən Gəncə sakini saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 20 min manat saxta əskinaz aşkarlanıb. O,bu pulları 4100 dollara satmaq istəyib.

Çayxanada saxta pul satmaq istəyən şəxs saxlanılıb.

Gəncə şəhər sakini Orxan Cəfərov əldə etdiyi saxta pulları Abşeronda Masazır qəsəbəsi ərazisində yerləşən çay evlərinin birində satmaq istəyərkən tutulub.Əməliyyat zamanı onun üzərindən 20 min manat saxta əskinaz aşkarlanıb.

Saxta pulların hazırlanması və dövriyyəsi ilə məşğul olduğu üçün bir dəfə Rusiya Federasiyasında da məhkum olunan Orxan Cəfərov 20 min manatı qəbiristanlıqdan tapdığını bildirib.O,bu pulları 4100 dollara satmaq istəyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar