Xəzər Xəbər

Hacıqabulda dəhşət: xalası qızının boğazını kəsdi - VİDEO

Veb TV | 20:52 • 24 İyun 2018
Hacıqabulda dəhşət:

Hacıqabulda dəhşətli qətl hadisəsi olub. Gənc oğlan xalası qızının boğazını kəsib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Yardımlıda isə qonşular arasında baş verən dava sonda baltalanma ilə nəticələnib.

Oğlan qohumunun boğazını kəsərək öldürüb..

Dəhşətli hadisə gecə saatlarında Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınınb. Rayon sakini, 24 yaşlı Ayəddin İsmayılzadəxalası qızı - Hacıqabul sakini 24 yaşlıRəvanə Məliklinin boğazının kəsərək qətlə yetirib.

Məlumata görə, Rəvanə Məlikli Muğan qəsəbəsində nənəsi ilə yaşayıb. Evə daxil olan Ayəddin İsmayılzadə xalası qızının boğazının şah damarını kəsərək, bıçağı onun sinəsinə sancıb.O, daha sonra Hacıqabul rayon Polis Şöbəsinə gələrək təslim olub.

Hadisənin qısqanclıq zəlminində törədildiyi ehtimal olunur. Qətlə yetirilən qadının meyiti müayinə olunmaq üçün Şirvan şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

Yardımlı rayonunda isə qonşular arasında baş verən dava sonda baltalanma ilə nətəcələnib. Hadiə rayonun Urakəran kəndində olub.Qonşular arasında düşən mübahisə zamanı 27 yaşlı Tural Təhməzov həmkəndliləri tərəfindən balta iləbaş, təpə və gicgah nahiyəsinin vurulub. Yaralı dərhalMasallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundanTural Təhməzovreanimasiyaşöbəsinə yerləşdirilib.Artıq faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar