Xəzər Xəbər

Məzunlara şad xəbər Qəbul imtahanında fənlərin sayı azaldılacaq - VİDEO

Veb TV | 20:52 • 21 İyun 2018
Məzunlara şad xəbər

Ali məktəbəlrə sənəd verən abituriyəntlərə xəbərimiz var. İmtahan fənlərinin sayı 5 dən 3-ə düşüb. Təhsil Nazi­rliyinin hesabat tədb­irində təhsil naziri ­Ceyhun Bayramov qəbul imtahanlarının yeni modelindən danışıb.

Bu il ali məktəblərə qəbul imtahanında ilk dəfə abituriyentlər beş fəndən deyil, üçündən imtahan verəcəklər.

Bunu Təhsil Nazi­rliyinin hesabat tədb­irində təhsil naziri ­Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ali məktəblərə qəbulda iki dəyişiklik nəzərdə tutulub. Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrəali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması nəzərdə tutulub.

Təhsil naziri qeyd edib ki, 2018/2019 cu tədris ilində şagirdlərin dərs və imtahan yükünü azaldacaq yeni məktəbdaxili qiymətləndirmə tətbiq olunacaq.

Xəbər lenti