Xəzər Xəbər

Bakıda güclü partlayış baş verib, ölən və yaralananlar var - VİDEO

Veb TV | 20:37 • 21 May 2018
Bakıda güclü partlayış baş verib, ölən və yaralananlar var -

Bu gün günorta saatlarında Bakıda güclü partlayış olub.

Xezerxeber.az-ın məlumatına görə, kafedə baş verən partlayış iki nəfərin ölümü, daha iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnib.

Güclü partlayış günorta saatlarında paytaxtın Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində baş verib. Sözügedən ünvanda avtomobili təmiri sexlərindən birinin həyətindəki kafedə qəfildən partlayış olub.

Hadisə zamanı adı hələ ki, açıqlanmayan bir kişi və bir qadın hadisə yerində ölüb. Onların kafenin işçiləri olduğu bildirilir. Partlayışın ardından kafedə yanğın baş verib. Şahidələr dərhal yanğınsöndürən və xilasedicilərə məlumat veriblər. Əraziyə gələn yanğınsöndürənlər alovun qarşısını alıblar.

5 saylı şəhər xəstəxanasının şöbə müdri Şöhrət Məmmədovun sözlərinə görə, saat 16:00-da xəstaxanaya daxil olan 44 yaşlı İbrahimov Natiq Zahid oğlu və 53 yaş İbrahimova Şəkər Xosrov qızının vəziyyəti ağır olaraq qalır.

Hadisə yerinə gələn rayon hüquq-mühafizə orqanalarının əməkdaşları yanmış cəsədləri kafedən çıxararaq Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparıblar. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, ümumi sahəsi 25 kvadratmetr taxta konstruksiyalardan ibarət tikilidə hadisə propan qaz partlaması zamanı olub. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyi və Binəqədi rayon prokurorluğunun əməkdaşları araşdırma aparırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti