Xəzər Xəbər

Gəncədə və Hacıqabulda evlərdən külli miqdarda qızıl oğurlanıb - VİDEO

Veb TV | 20:34 • 21 May 2018
Gəncədə və Hacıqabulda evlərdən külli miqdarda qızıl oğurlanıb -

Gəncə sakininin evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

Xezerxeber.az-ın məlumatına görə, müəyyən olunub ki, şəhər sakininin evindən oğurluq edən keçmiş gəlinin əmisi 45 yaşlı Göygöl rayonunda anadan olmuş Nofəl Məhərrəmovdur. Polis tərəfindən saxlanılan Nofəl Məhərrəmov əvvəllər Rusiya Federasiyasında 6 il azadlıqdan məhrum edilib. Amma o, qızılları

qardaşı qızı Mahnurə Məhərrəmovaya çatdırmağa macal tapmayıb. 31 min manat dəyərində olan qızıllar ondan götürülüb.

Hacıqabulda da evdən qızıl oğurlanıb. Rayonun Meyniman kənd sakini Nüsrət Nəsirov polisə müraciət edərək yaşadığı evdən qızıl-zinət və məişət əşyalarınını oğurlanması barədə məlumat verib. Araşdırmalarla evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının və 100 manat dəyərində məişət avadanlıqlarının oğurlandığı müəyyən edilib.

Fakt bağlı araşdırmalar davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024