Xəzər Xəbər

Göyçayda müəmma: pomidor sahəsi bir gecədə məhv edilib - VİDEO

Veb TV | 20:40 • 21 May 2018
Göyçayda müəmma:

Göyçay rayonunda istixanada yetişdirilən pomidor gecə ilə məhv edilib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Şıxbəy kənd sakini Yazgül Şəfiyeva bildirib ki, uzun illərdir ailəsinə məxsus pay torpağında tərəvəzçiliklə məşğul olur. Qohumundan borc aldığı pulla Bakıdan gətirdiyi 1600 ədəd pomidor şitilini mart ayında istixanada əkib. Bu günlərdə məhsul toplamağa başlayan qadın fermer gecə saatlarında naməlum şəxslər tərəfindən istixanasının dağıdıldığını, şitillərin doğranılaraq məhv edildiyini deyib. Ailə üzvləri bunun qəsdən edildiyini bildirib.

Təsərrüfat sahibi mülkiyyətində olan pay torpağında qurduğu istixananın qəsdən dağıdılması barədə Göyçay rayon Polis Şöbəsinə məlumat verib.

Polis əməkdaşları hadisə yerinə baxış keçirib, izahat alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar