Xəzər Xəbər

"Papanin"də metro tikintisi nə vaxt yekunlaşacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO

Veb TV | 20:13 • 26 Aprel 2018
"Papanin"də metro tikintisi nə vaxt yekunlaşacaq? -

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, "Papanin" kimi tanınan ərazidə tikilməkdə olan metrostansiyada işlər sürətləndirilib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, həmin stansiyada işlərin gələn il yekunlaşdırılması planlaşdırılır.

Xezerxeber.az-ın məlumatına görə, stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq.

Bundan başqa, qurum tərəfindən elektrik deposu və əlavə metrostansiyanın tikinti işləri aparılır.

Qeyd edək ki, Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu var. "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi"nə əsasən gələcəkdə stansiya sayının 76-ya, elektrik deposunun isə 6-ya çatdırılması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti