Xəzər Xəbər

Bankomatı yarmaq istədi, yaxalandı - VİDEO

Veb TV | 20:10 • 26 Aprel 2018
Bankomatı yarmaq istədi, yaxalandı -

Sumqayıtda məzildən oğurluq edən şəxs iş başında yaxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin 34-cü məhəlləsində Nadir Şiriyevə məxsus mənzildən oğurluq edilib. Mənzil sahibi axşam saatlarında evə gəldikdə paltar dolabının qarışdırıldığını və bəzi texniki avadanlıqların yoxa çıxdığını görüb. O, hadisə ilə bağlı şəhər polis idarəsinin 4-cü polis bölməsinə müraciət edib.

Polis bölməsi əməkdaşlarının apardığı əməliyyat nəticəsində sözügedən mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini İlqar Əskərov həmin mənzilə növbəti dəfə oğurluğa gələn zaman yaxalanıb.

Mənzildən 1 ədəd plazma televizor, 1 ədəd kompüter və 1 ədəd videokamera oğurlandığı müəyyən edilib. Oğurlanan əşyalar polis tərəfindən maddi sübut kimi götürülüb.

İlqar Əskərov mənzili qarət etdiyini etiraf edib.

Qazax rayonunda isə gecə saatlarında bir nəfər rayon mərkəzində yerləşən bankomatı yarmağa cəhd edib.

Oğurluq edən şəxs bankomatın içindəki seyfi aça bilməyib. Məqsədinə nail ola bilmədikdə isə ərazidən uzaqlaşıb.

Məlum olub ki, bankomatı yarmağa çalışan rayonun Ağköynək kənd sakini 28 yaşlı Ziyədin Zeynalovdur. Polis onu bankomata yerləşdirillən kameranın görüntüləri vasitəsilə tapıb. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti