Xəzər Xəbər

Əli Həsənov: "Jurnalistlərin müdafiəsi dövlətin zəmanətindədir" - VİDEO

Veb TV | 20:54 • 17 Mart 2018
Əli Həsənov:

"Azərbaycanda jurnalistlərin müdafiəsi ilə bağlı bütün məsələlər dövlətin məsuliyyətindədir". Bu sözlərlə çıxış edən prezidentin köməkçisi Əli Həsənov seçkilərdə medianın üzərinə böyük vəzifə düşdüyünü də deyib.

Azərbaycan dövləti jurnalistlərin müdafiəsi ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürüb. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə jurnalistlər arasında keçirdiyi fərdi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə deyib.

Prezidentin köməkçisi qarşıdan gələn prezident seçkilərinin şəffaf şəkildə keçirilməsi və seçki ilə bağlı məlumatların cəmiyyətə çatdırılması üçün Azərbaycan mediasının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Onu da qeyd edək ki, Novruz bayramı ərəfəsində keçirilən bu müsabiqəyə 169 yazı təqdim olunub. Ekspertlər tərəfindən yazılar qiymətləndirilib və hər istiqamət üzrə 6 yazı qalib elan edilib. Hər bir istiqamət üzrə birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə 3 yer müəyyən edilib. Ümumilikdə 15 istiqamət üzrə 90 yazı qalib elan olunub. Mükafatlandırma mərasimində kütləvi informasiya vasitələrinin rəhbərləri, millət vəkilləri, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər.


Xəbər lenti