Xəzər Xəbər

Evinin həyətində muzey yaratdı VİDEO

Veb TV | 20:45 • 13 Aprel 2018
Evinin həyətində muzey yaratdı

Balakən sakini evinin həyətində muzey yaradıb. Eksponatlar arasında bəzək əşyası olan, 8-9 - cu əsrə aid dua qabı, 2 yüzə yaxın yaşı olan quran təfsiri, 2 yüzdən çox yaşı, həm də əl işi olan gümüş kəmər, qədimi xalça və digər əşyaları görmək olar. Ümumilikdə muzeydə 3 mindən çox eksponat var. İstənilən şəxs muzeyə gəlib qədimi əşyalara baxa bilər.

3 mindən çox ekspanat yığaraq həyətində muzey düzəldib.

Balakən rayon sakini, tarixçi Akif Məmmədli uzun illərin zəhməiti ilə çox zəngin və maraqlı muzey yarada bilib. 30 il müddətində ərsəyə gələn muzeydə müxtəlif cür antik əşyaya rast gəlmək olar.

Eksponatlar bölgənin məskunlaşma tarixini və min illər boyu mədəni yaşamını özündə ehtiva edir. Muzeyin eksponatları əsasən yerli sakinlər tərəfindən bağışalnıb. Bir qismi isə qazıntılar zamanı əldə olunub.

Muzey ziyərət eləmək istəyənlərin üzünə açıqdır. Buranı yerli sakinlərlə yanaşı Türkiyə, Hollandiya, Sinqapur və sair ölkələrdən elm adamları ziyarət edib. Muzeydə həm də şagirdlər üçün açıq dərslər təşkil olunub.


Xəbər lenti