Xəzər Xəbər

Yük maşını dərəyə aşıb, 1 ölü, 2 yaralı var - VİDEO

Veb TV | 20:32 • 10 Mart 2018
Yük maşını dərəyə aşıb, 1 ölü, 2 yaralı var -

Lerikdə yük maşını dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, ağır yol qəza hadisəsi səhər saat 5 radələrində Lerikin Piran-Zeynəko kənd yolunun 2-ci kilometrliyində baş verib. Belə ki, Zeynəko kənd sakini, 33 yaşlı Kamal Ağayevin idarə etdiyi yük maşını hərəkətdə olarkən qəfildən idarəetməni itirərək 50 m. dərinlikdə olan dərəyə aşıb. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Yük maşınında olan digər iki nəfər 32 yaşlı Zaur Hüseynov və 34 yaşlı Babək Əhədov ağır xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Qəzanın baş verməsinin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti