Xəzər Xəbər

Bərdədə yerkökü yığımı başlayıb - məhsuldarlıq iki dəfə artıb - VİDEO

Veb TV | 20:37 • 10 Mart 2018
Bərdədə yerkökü yığımı başlayıb - məhsuldarlıq iki dəfə artıb -

Bərdə rayonunda yerkökü sahələrində məhsul yığımına start verilib.

Xezerxeber.az-ın məlumatına görə, bir müddət əvvəl əkini aparılan sahələrdən bol məhsul yığılır.

Bu il Bərdədə 1000 hektardan çox ərazidə yerkökü əkilib. Ötən illə müqayisədə bu il məhsuldarlıq iki dəfə artıq olub. Məhsulun bol olması isə qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb. Bu vəziyyət alıcıları qane etsə də, kənd sakinlərinin ürəyincə deyil.

Bir hektar sahədən 25-30 ton məhsul əldə etdiklərini deyən kənd sakinləri alıcılıq qabiliyyətinin aşağı olmasından gileylənirlər.

Kəndlilər məhsulun ucuz olmasına səbəb kimi ölkəmizə xaricdən yerkökü idxal edilməsini göstərirlər. Buna baxmayaraq, kəndlilər çətinliklə də olsa, əl əməyindən istifadə edərək məshulu sahədən yığırlar.

Hazırda yerkökünün 1 kq-nın sahədən topdansatış qiyməti 20 qəpikdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti