Xəzər Xəbər

Bakıda daha 2 mindən çox obyekt söküləcək - QƏRAR VERİLDİ - VİDEO

Veb TV | 20:39 • 20 Fevral 2018
Bakıda daha 2 mindən çox obyekt söküləcək -

Nazirlər Kabineti "Sovetski"dən köçürülmənin 2-ci mərhələsi barədə qərar verib.

Xezerxeber.az-ın məlumatına görə, bu çərçivədə Yasamal Rayon İcra Hakimiyyəti 2010 yaşayış və qeyri-yaşayış obyektini dövlət ehtiyacı üçün alacaq.

Vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 , Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq satın alınması qərarlaşdırılıb.

Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, göstərilən torpaq sahələrinin satın alınmasını qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar