Xəzər Xəbər

Bakıda “NAZ Lifan” sürücüsü belə yaxaladı VİDEO

Veb TV | 11:28 • 23 Yanvar 2018
Bakıda “NAZ Lifan” sürücüsü belə yaxaladı

Bakıda avtomobili sənədsiz və nömrəsiz idarə edən şəxs polisin saxla işarəsinə tabe olmayaraq təhlükəli anların yaşanmasına səbəb olub. Sürücü süni sıxlıq yaradılaraq saxlanılıb.

Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Əlil Məmmədov Zaur Səxavət oğluna dövlət tərəfindən əvəzsiz verilən "NAZ Lifan" markalı avtomobil 33 yaşlı qohumu Ağasıyev Ramin Niyazi oğlu tərəfindən sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib ki, avtomobili idarə edən şəxs müvafiq sənədləri olmadığı üçün polisdən qaçmağa cəhd göstərib. Bu isə şəhərin mərkəzində təhlükəli anların yaşanmasına səbəb olub.

Vaqif Əsədov qeyd edib ki, sürücü barəsində toplanmış sənədlər Səbail rayon məhkəməsinə təqdim edilib və məhkəmənin qərarı ilə ona 30 sutka həbs verilib.

Xəbər lenti