Xəzər Xəbər

Şamaxıda ağır cinayət – 22 yaşlı oğlan öldürülüb - VİDEO

Veb TV | 20:33 • 19 Yanvar 2018
Şamaxıda ağır cinayət –

Şamaxı rayonunda qətl hadisəsi törədilib.

Hadisə rayonun Acıdərə kəndi ərazisindəki mal-qara fermasında qeydə alınıb. Rayonun Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Binyətov Natiq Şirbala oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq qonşusu, 1980-ci il təvəllüdlü Hacıyev Zaur Seyidağa oğlunu güllələyib.

Zaur Hacıyev ağır xəsarətlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisəni törədən Natiq Binyətov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılıb.

Xəbər lenti