Xəzər Xəbər

Mingəçevirdə zəncirvari qəza: 1 ölü, 3 yaralı - VİDEO

Veb TV | 20:35 • 19 Yanvar 2018
Mingəçevirdə zəncirvari qəza:

Mingəçevirdə zəncirvari qəza olub. 3 avtomobilin toqquşduğu hadisədə 1 nəfər ölüb ,3 nəfər yaralanıb. Abşeronda isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

3 avtomobil toqquşdu 1 nəfər öldü, 3 nəfər yaralandı.

Ağır qəza Mingəçevirdə qeydə alınıb. 3 avtomobilin toqquşduğu zəncirvari qəzada sərnişin, 85 yaşlı Qəmbər Məmmədov hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində 3 nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirlib. Hadisənin baş vermə səbəblləri araşdırılır.

Abşeronda isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Füzuli rayonundan olan 38 yaşlı Mahir Ocaqverdiyev Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yolu keçmək istəyərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. Sürət həddi o qədər yüksək olub ki, avtomobil Mahir Ocaqverdiyevi vuraraq təxminən 50 metr kənara atıb. Daha sonra sürücü avtomobili ilə birlikdə hadisə yerindən uzaqlaşıb. Yaralı Sumqayıtdə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti