Xəzər Xəbər

"Liverpul" "M.Siti"yə ilk məğlubiyyəti yaşatdı VİDEO

Veb TV | 14:50 • 15 Yanvar 2018
"Liverpul" "M.Siti"yə ilk məğlubiyyəti yaşatdı

İngiltərə Premyer Liqasında 23-cü turun görüşləri keçirilir."Liverpul" doğma divarlar arasında lider "Mançester Siti"ni qəbul edib. Nəfəskəsən matçda meydan sahibləri 4:3 hesablı qələbə qazanıb. Bu, "Mançester Siti"nin bu mövsüm Premyer Liqada ilk yenilgisi olub.

Premyer Liqanın turnir cədvəlinə 62 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted", "Çelsi" və "Liverpul" klublar 47 xalla 2-4-cü pillələri tutur. "Tottenhem" 44 xalla 5-ci, "Arsenal" 39 xalla 6-cıdır.

"Liverpul” – "Mançester Siti” - 4:3

Qollar: Aleks Oksleyd-Çemberleyn, 9, Roberto Firimino, 59, Sadio Mane, 61, Məhəmməd Salah, 68 - Leroy Sane, 40, Bernardo Silva, 84, İlkay Gündoğan, 90+2


Xəbər lenti