Xəzər Xəbər

Bakıda quldurluq edən şəxslər tutulub - VİDEO

Veb TV | 20:31 • 12 Yanvar 2018
Bakıda quldurluq edən şəxslər tutulub -

Küçədə bir nəfədən pul və mobil telefon tələb edən şəxslər sonda ona qarşı daha ağır cinayət törədiblər. Həmin şəxslər onu küt alatlə döyüb hadisə yerindən qaçıblar.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Nizami rayonunda baş verib. Roman Həsənov "102" mərkəzinə məlumat verərək Qara Qarayev prospektində iki nəfər tanımadığı şəxsin onun qarşısını kəsərək pul və mobil telefonunu tələb etdiyini, həmin şəxslərə müqavimət göstərən zaman küt alətlə ona xəsarət yetirərək hadisə yerindən qaçdıqlarını bildirib.

25-ci polis bölməsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən Mirzalı Nuriyev və əvvəllər məhkum olunmuş Elçin Əsədli müəyyən edilərək saxlanılıb. Onların Bəylər Sadıqlı adlı şəxsin də mobil telefonunu ələ keçirdikləri məlum olub.

Saxlanılan şəxslər ifadələri zamanı törətdikləri cinayətləri etiraf edərək hər iki hadisəni həyata keçirmək üçün əvvəldən hazırlıq gördüklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam edir. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar