Xəzər Xəbər

Saç qırxmaq üçün 15 qayçıdan istifadə edən bərbər VİDEO

Veb TV | 14:35 • 8 Sentyabr 2017
Saç qırxmaq üçün 15 qayçıdan istifadə edən bərbər

Pakistanlı bərbər Sadiq Əli müştərilərinin saçını qırxmaq üçün 15 qayçıdan istifadə edir.

Lahor şəhərində yaşayan bərbər artıq uzun müddətdir ki, bu üslubdan istifadə edir.

Bərbərin müştəriləri arasında şəhərin məşhur kriket oyunçuları da var.

Sadiq Əli bildirib ki, 15 il əvvəl o, bu xüsusiyyəti çinli bərbərdən öyrənib. Həmin çinli bərbər əlində 10 qayçı ilə bərbərlik edərək Ginnesin Rekordlar Kitabına düşüb.

"İnsanlar mənim üslubumdan həzz alır və saçlarını qırxdırmaq üçün qapıda növbəyə dururlar” – deyə bərbər qeyd edib./AzNews.az


Xəbər lenti