Xəzər Xəbər

Sumqayıtda 30 mindən çox sakin susuz qaldı VİDEO

Veb TV | 20:51 • 7 Sentyabr 2017
Sumqayıtda 30 mindən çox sakin susuz qaldı

Abşeron rayonu, Saray qəsəbəsi Üzümlük yaşayış massivində Ceyranbatandan Sumqayıta gələn xəttin partlaması nəticəsində 5 evi su basıb. Sumqayıt şəhərinin 30 min əhalisi isə susuz qalıb. Hadisəyə səbəb həmin ərazidə borunun üzərindən yol çəkilməsi olub.

Ceyranbatandan Sumqayıta gələn iri su borusu partlayıb.Nəticədə yaxınlıqda olan həyətlərə su dolub. Fövqaladə hadisə Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində baş verib.

Sakinlərin sözlərinə görə hadisə gecə saatlarında baş verib. Saat 3 radələrində su xəttinin partlaması nəticəsində evləri su basıb. Ərazidə kanalizasiya xəttinin olmaması sakinlərin işini bir az da çətinləşdirib.

Hadisə yerinə Sumqaqayıt şəhər Su Kanal İdarəsinin və Abşeron Suvarma Sistemləri İdarəsinin əməkdaşları gəlib. Əraziyə baxış keçirilib və müəyyən edilib ki, 400-lük su xəttinin partalamasına səbəb həmin ərazidə boru üzərində yolun çəkilməsi olub. Baş vermiş qəza zamanı Sumqayıt şəhərinin 17 və 18-ci mikrorayonlarında, 48-ci məhəllə və Corat qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 30 min sakin susuz qalıb.

Suyun təzyiqindən Abşeron Magistral kanalı da zərər görüb.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər hayata keçirilir. Su xəttinin bərpasından sonra əhali içməli su ilə təmin ediləcək.


Xəbər lenti