Müəllimlərinə nifrət edən və milyonçu olacağı təqdirdə məktəbə
getməyəcəyi barədə 12 yaşında ailəsi ilə razılığa gələn Erik Finmanın
qeyri-adi həyatı hər kəsi heyrətləndirir.
12 yaşında Bitcoini özü üçün E.Finman adlı uşaq 18 yaşında artıq 1 milyon sərvətin sahibi olub.
XəzərXəbər qaynarinfo-ya istinadən bildirir ki, 12 yaşında ikən
məktəbdəki təhsildən narazı olan Finman ailəsi ilə qeyri-rəsmi müqavilə
bağlayır. Belə ki, o, 18 yaşına çatanda öz sərmayəsi ilə 1 milyon dollar
qazanacağı təqdirdə universitetə getməyəcəyinə dair onların razılığını
alır.
O, müəllimlərinin aqressiv və əsəb pozucu münasibətlərindən bezdiyi üçün
bunu etdiyini bildirib. Ailəsi əvvəlcə onun təklifini qəbul etməsələr
də, sonradan əlindəki pulu yaxşı bir şəkildə işlətdiyini görüb,
razılaşırlar.
Finman, 12 yaşında ailəsinin verdiyi 1000 dolları Bitcoinə çevirir.
2011-ci ildə hər birinin dəyəri 12 dollar olan Bitcoindən 100 ədəd alan
Finman 2 il sonra bunun 100 qatını qazanır. 2013-cü ildə dəyəri 1200
dollara yüksələn bitcoinlərini 100 min dollardan baha qiymətə satan
uşağın daha sonra atacağı addım isə olduqca qeyri-adidir. Belə ki,
"Botangle" adlı şirkət yaradan Finman özü kimi təhsildən və
müəllimlərindən narazı olanları ətrafına toplayır. 100 min dollarlıq
şirkəti qısa zamanda məşhurlaşır və o risk sərmayəsi tapmaq üçün
texnologiyanın qəlbi hesab olunan Silikon Vadisinə üz tutur. Burada
qarşılaşdığı ilk insanlardan biri məşhur "Forbes" dərgisinin rəhbəri
Stiv Forbes olur.
O, müsahibələrindən birində orada qarşılaşdığı ən böyük probleminin 15
yaşı olduğu üçün ciddi qəbul edilməməsi olduğunu bildirib. Hətta Uber
rəsmilərindən birinin onun cəsarətini əzmək və atdığı addımlarının
faydasız olduğunu göstərmək üçün əlindən gələni etdiyini də deyib.