Xəzər Xəbər

Lerikdə dəhşət: bir ailənin 3 üzvü yanaraq ölüb - VİDEO

Veb TV | 20:19 • 22 Avqust 2017
Lerikdə dəhşət: bir ailənin 3 üzvü yanaraq ölüb -

Lerikdə bədbəxt hadisə baş verib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Vizəzəmin kəndində yerləşən yaşayış evi anidən alışmağa başlayıb. Bir ailənin 3 üzvü yanan evdə can verib.

Qısa müddət ərzində alov bütün yaşayış evini bürüyüb. Yanğın zamanı ev sahibi 54 yaşlı Elman Hüseynov, onun həyat yoldaşı 50 yaşlı Şüküvə Hüseynova və qızları 22 yaşlı Süsən Mirzəzada dünyasını dəyişib.

Evdə olan ailə üzvlərindən yalnız Mehti Hüseynov sağ qalmağı bacarıb.

Üümumi sahəsi 135 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları kül olub. Hər üç meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Yanğının baş vermə səbəbləri tibbi ekspertizadan və hadisə yerində aparılan araşdırmalardan sonra məlum olacaq.

Bakıda isə brend mağazalardan birində yanğın baş verib.

Əraziyə yanğınsöndürənlər və təcili yardım maşınları cəlb olunub.

Tüstü içəriyə girişi məhdudlaşdırdığından, yanğınsöndürənlər binanın arxasından daxil olmağa çalışıblar. Lakin güclü tüstü əsas girişdən müdaxiləni qaçılmaz edib. Hadisə yerinin kəşfiyyatı zamanı xəsarət alanın olmadığı məlum olub.

Qonşu mağazanın sahibi yanğın riskinə görə paltarları çölə çıxarıb. Hadisə zamanı üümumi sahəsi 150 m2 olan mağazanın geyinib soyunma otağının 30 m2 sahəsində taxtadan ibarət arakəsmə və asma tavanlar yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə yanğın kondisionerdə yaranan qısaqapanmaya görə baş verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:






Xəbər lenti