Xəzər Xəbər

Bakıya gətirilən bu işıqforlarla bağlı YENİ XƏBƏR - VİDEO

Veb TV | 20:55 • 14 Avqust 2017
Bakıya gətirilən bu işıqforlarla bağlı

Piyadaların yollarda rahat hərəkəti üçün yeni layihələr həyata keçirilir. Bu məqsədlə paytaxt Bakıda yeni işıqforların quraşdırılmasına başlanılıb. İlk olaraq belə işıqforlar keçmiş sovetksi ərazisində qoyulub.

Bu işıqforlar digərlərindən fərqlidir. Bunu ilk baxışdan fərqləndirmək olmur. Fərqli cəhəti onun işləmə prinsipidir.

Paytaxtda piyadaların təhlükəsiz hərəkəti üçün yeni növ işıqforlar quraşdırılıb. Ağıllı işıqforlardan ilk olaraq keçmiş sovetski ərazisində istifadə edilir.Hələlik onların sayı 8-dir. Bu işıqforlara piyadaların yolu rahat keçməsi üçün sensorlar əlavə edilib.

Sensorlu işıqforlardan ilk dəfə istifadə edən piyadalar da onun təhlükəsiz hərəkət baxımından çox vacib olduğunu deyirlər.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev deyir ki, fiziki məhdudiyyətli insanların rahat hərəkəti üçün şəhərin bir çox yerində yaxın günlərdə panduslar qoyulacaq.

Şəhərin mərkəzi hissəsində pandusların sayı hazırda 32-dir. Yaxın müddətdə onların sayı 100-ə çatdırılcacaq.


Xəbər lenti