Xəzər Xəbər

Saakaşvilini vətənində həbs etmək üçün gözləyirlər VİDEO

Veb TV | 11:19 • 31 İyul 2017
Saakaşvilini vətənində həbs etmək üçün gözləyirlər
Rəsmi Tiflis səbirsizliklə Mixail Saakaşvilinin Ukraynadan qayıtmasının intizarındadır. Gürcüstan rəhbərliyi Ukrayna hakimiyyətindən Mixail Saakaşvilini deportasiya edilməsini gözləyir.

Gürcüstanın ədliyyə naziri Teya Sulukiani "İmedi" telekanalına müsahibəsində bildirib ki, ölkənin hüquq-mühafizə orqanları sabiq prezidentin gəlişini səbrsizliklə gözləyir: "Saakaşvili, siyasətçi kimi daha heç kimə maraqlı deyil. Gürcü prokuror və müstəntiqlər çoxdan və səbirsizliklə onu gözləyir".

Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Baltikyanı ölkələrdə sığınacaq almaq niyyətindədir. Belə ki, onun Gürcüstan və Ukrayna vətəndaşlığı ləğv edildikdən sonra Latviyadan olan deputat Saakaşviliyə müvəqqəti yaşamaq üçün ölkəyə gətirilməsini təklif edib. /faktxəbər


Xəbər lenti