Xəzər Xəbər

Banklar aşağı faizlə kredit verə bilərlər VİDEO

Veb TV | 20:55 • 28 İyul 2017
Banklar aşağı faizlə kredit verə bilərlər

Məlumdur ki, banklar valyuta ehtiyatlarını formalaşdırmaq üçün xarici ölkə banklarından da kredit götürürlər. Təbii ki xarici banklar da öz faiz dərəcələrini tətbiq edirlər. Üstəlik faiz dərəcələrinin üzərinə libor dərəcəsi də əlavə edilir. İndi libor dərəcəsinin ləğvi planlaşdırılır. Belə olan halda banklar xaricdən daha ucuz kredit cəlb edə biləcəklər. Bu isə son nəticədə yerli bankların da kredit siyasətinə təsir göstərə bilər.

Dünyanın ən məşhur faiz dərəcəsi ləğv edilir. Söhbət beynəlxalq bazarda tətbiq edilən libor dərəcəsindən gedir.

Məlumdur ki, ölkəmizdə də bir sıra banklar xarici maliyyə qurumlarından kredit götürərək həmin vəsaiti dövriyəyə buraxırlar. Bu zaman libor standartı tətbiq edilir.

Libor faiz dərəcəsi ildən-ilə dəyişir və əksər hallarda 2-4 faiz arasında də dövr edir. Xarici mətbuatın yazdığına görə son dövrlər "Libor" korrupsiya alətinə çevrilib. "Libor" faiz dərəcələrində manipulyasiya etdikləri üçün bir sıra xarici banklara qarşı 9 milyard dollar cəza tətbiq edilib. Ona görə də liborun yığışdırılması planlaşdırılır.

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, liborun ləğvi yerli bankların kredit siyasətini yüngülləşdirməyə sövq edəcək

Ekspert hesab edir ki, liborun ləğvi ilə yerli bankların xaricdən vəsait cəlb etmək meylləri artacaq.


Xəbər lenti