Xəzər Xəbər

Sabirabadda pambıq sahələri susuz qalıb - VİDEO

Veb TV | 18:32 • 19 İyul 2017
Sabirabadda pambıq sahələri susuz qalıb -

Sabirabad rayonunun Moranlı və Şəhriyar kəndlərində əkilən pambıq sahələrində suvarmada ciddi problem yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, pambıq sahələri susuz qaldığından bitki inkişaf edə bilmir.

Şəhriyar kəndinin sakinləri deyirlər ki, bu il pambıga maraq artıb. Onlar da daha çox əkiblər. Lakin suvarma vaxtı çatanda problem yaşayırlar ki, bu da pambığın məhsuldarlıgına təsir göstərir.

Bənzər problem Moranlı kəndində də var. Kəndlilər su tapmadığından şor sudan istifadə etmək məcburiyyətində qalıblar. Moranlı kənd sakinləri deyir ki, şor su pambığın ehtiyacını ödəmir. Əlacsızlıqdan bu yola əl atırlar.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sabirabad suvarma sistemləri idarəsinin rəis müavini Vidadi Babayevin sözlərinə görə , əsas səbəblərindən biri Araz çayında suyun səviyyəsinin aşağı düşməsi və bu çaydan mənbə kimi istifadə edən Aşağı Muğan və Gümüş kanallarının su sərfi göstəricilərinin aşağı olmasıdır. Digər tərəfdən suya olan tələbatın pik vaxtına düşməsi də suyun növbə ilə sahələrə verilməsi səbəbindən müvəqqəti çətinlik yaradıb. Bu problem də bir müddət sonra aradan qaldırlacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti