Xəzər Xəbər

Kosta Rika prezidenti jurnalistlərə müsahibə verərkən özünü itirmədi - Arını uddu - VİDEO

Veb TV | 13:09 • 18 İyun 2017
Kosta Rika prezidenti jurnalistlərə müsahibə verərkən özünü itirmədi -

Kosta Rika Respublikasının prezidenti Luis Gilyermo Solis jurnalistlərə müsahibə verən zaman arını udub.

Bu barədə ABC 6 telekanalı məlumat verib. Prezident jurnalistlərə müsahibə verən zaman ağzına girməyə çalışan arını udub. O ölkənin cənub hissəsində beton zavodunun açılışı münasibətilə çıxış edərkən belə bir hadisə olub. Lakin, prezident özünü itirməyib. "Mən onu uddum. Mən arını uddum. Hər gün belə olmur. Təmiz zülaldır",- deyə Solis zarafat edib. Sonra prezident su içib./AzNews.az


Xəbər lenti

Çox oxunanlar