Xəzər Xəbər

"Barselona" baş məşqçini əlidolu yola saldı VİDEO

Veb TV | 10:35 • 28 May 2017
"Barselona" baş məşqçini əlidolu yola saldı

İspaniya kubokunun qalibi müəyyənləşib.

"Barselona" "Visente Kalderon" stadionunda keçirilən final matçında "Alaves"i 3:1 hesabı ilə məğlub edib.

Bununla da "Barselona" ardıcıl üçüncü dəfə, ümumilikdə isə rekord sayda - 29-cu dəfə İspaniya kubokunun qalibi olub.

Bu, Luis Enrikenin Kataloniya klubunun sükanı arxasında son oyunu olub. O, üç il ərzində komanda ilə 9 titul qazanıb.

İspaniya kuboku. Final

Barselona - Alaves 3:1

Qollar: Messi, 30. Neymar, 45. Alkaser, 45+3 - Bernar Fransua, 33.

Xəbər lenti

Çox oxunanlar