Xəzər Xəbər

Avtobusda döyülən cibgir həbs olundu VİDEO

Veb TV | 20:50 • 26 May 2017
Avtobusda döyülən cibgir həbs olundu

İki gün əvvəl sərnişinin avtobusda cibgir tutması barədə xəbər vermişdik. Həmin vaxt saxlanılan şəxs əməlini etiraf etməsə də o, polis bölməsində törətdiyi cinayəti boynuna alıb. Hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Avtobusda cibgirlik edərkən zərərçəkmiş tərəfindən müəyyən edilən bu şəxs ətrafdakıları inandırmağa çalışırdı ki, iddialar doğru deyil.

Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində 107 saylı marşrutda baş verən hadisədən sonra zərərçəkmiş sərnişin Sultan Tağıyevin polisə müraciəti hər şeyi üzə çıxarıb.

Digər sərnişinlərin köməyi ilə avtobusda cibgirlik edən şəxs dayanacağın yaxınlığındakı Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına təhvil verilib. Şübhəli şəxs qismində Sabunçu rayon 15-ci Polis Bölməsinə gətirilən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fəxrəddin Məlikovdur. Onun üzərindən şəxsi istehlak miqdarında heroin də aşkar edilib. Fəxrəddin Məlikov bölmədə cibgirlik əməlini etraf edib.

İndi polis Fəxrəddin Məlikovun bənzər cinayətlərinin olmasını istisina etmir. Faktla bağlı onun barəsində cinayət işi başlanıb, istintaq davam edir.


Xəbər lenti