Xəzər Xəbər

Misirdə "ölülər şəhəri"ndə 2300 yaşlı mumiyalar aşkarlanıb VİDEO

Veb TV | 14:02 • 15 May 2017
Misirdə "ölülər şəhəri"ndə 2300 yaşlı mumiyalar aşkarlanıb

Misirli arxeoloqlar Qahirənin təqribən 250 km-də Əl-Minya əyalətində yaxşı qorunmuş 17 mumiya aşkarlayıblar. "Ölülər şəhəri" yerin təqribən 8 metrliyində yerləşirmiş.

Mumiyaların dəqiq yaşı bilinmir. Qahirə Universitetində Arxeologiya fakültəsinin dekanı Məhəmməd Həmzə hesab edir ki, onlar Misirin Yunan-Roma dövrünə aiddir. Bu dövr ölkənin Makedoniyalı İskəndər tərəfindən e.ə.332-ci ildə fəth edilməsindən sonra 600 il davam edib.

Misir hökuməti hesab edir ki, yeni tapıntı ölkənin turistik imicini yaxşılaşdıracaq və 2011-ci il qiyamından sonra Misirə səfərdən çəkinən səyyahlarda yenidən maraq oyadacaq.

Qahirə Universitetinin arxeoloqları məzarlıqda 17 deyil, qadınlar, uşaqlar və körpələrin balzamlandığı azı 32 mumiyanın ola biləcəyini ehtimal edirlər.

faktxəbər

Xəbər lenti