Xəzər Xəbər

Lənkərana dolu yağıb, təsərrüfatlara ziyan dəyib - VİDEO

Veb TV | 20:28 • 13 May 2017
Lənkərana dolu yağıb, təsərrüfatlara ziyan dəyib -

Səhər saat 8 radələrindən başlayaraq Lənkəran rayonuna dolu yağıb. İri buz parçaları rayon ətrafını ağa bürüyüb.

Xezerxeber.az məlumat verir ki, qəfildən başlayan dolu 10 dəqiqəyə yaxın yağaraq, daha sonra güclü ildırım çaxması ilə müşahidə olunub. Nəticədə təsərrüfatlarda yeni əkilən tərəvəz bitkilərinə ziyan dəyib. Dolunun hansi ərazilərə daha çox ziyan vurduğu dəqiqləşdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti