Xəzər Xəbər

Yusif Səfərov küçəsi genişləndirilir - VİDEO

Veb TV | 19:40 • 25 Mart 2017
Yusif Səfərov küçəsi genişləndirilir -

Üç zolaqlı yol genişləndirilərək 5 zolaq edilir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət 5 gün əvvəl təmirə bağlanan paytaxtın Yusif Səfərov küçəsindən gedir. Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.

''Azəravtoyol'' ASC- tərəfindən aparılan yenidənqurma işləri zamanı uzunluğu 1300 metr olan yolun əvvəlcə asfalt qatı qaşınıb. Yola yeni asfalt qatı vurulmaqla yanaşı, həm də eni də genişləndirilərək 22 metrə çatdırılıb. Yəni əvvəl 3 zolaqlı olan yol, təmirdən sonra 5 zolaq olacaq. Bu da günün pik saatlarında sıxlığın aradan qalxmasını təmin edəcək.

Bundan başqa, yol boyu ayrıcı zolaqlar da 4 metirdən 1 metr yarıma endirilib. Səki daşları, elektrik dirəkləri və bütün komunikasiya sistemləri yenilənib. Yol boyu bir hissədən isə geriyə döngə qoyulub.

İş icracısı Rasim Əfəndiyevin sözlərinə görə, yol gələn həfəyə kimi tam hazır olacaq.

Qeyd edək ki, bir neçə gündən sonra sözügedən yolda, Bakı şəhər Baş Polis İdarəsi yaxınlığında yerüstü piyada keçidinin inşasına start veriləcək. Bu müddətdə isə yolda hərəkət dayanmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti