Xəzər Xəbər

Kəsdiyi ağacın altında qaldı, qolundan oldu - Şəkidə bədbəxt hadisə - VİDEO

Veb TV | 19:35 • 25 Mart 2017
Kəsdiyi ağacın altında qaldı, qolundan oldu -

Meşəyə ağac kəsməyə gedən kişi bədbəxt hadisə nəticəsində qolundan olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə günorta Şəkinin Kiş kəndində baş verib. Ağac kəsən Salman Lətifov sürüşərək yıxılıb və kəsdiyi ağac qolunun üstünə düşərək əzib.

Nəticədə o sol qolun bazu sümüyünün çoxsaylı qəlpəli sınığı dioqnozu ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, onun sol qolu güclü zədələnib və amputasiya edilib. Salman Lətifovun müalicəsi xəstəxananın birinci cərrahiyə şöbəsində davam etdirilir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024