London polisinin verdiyi məlumata görə, Britaniya paytaxtında baş vermiş teraktda 4 nəfər həlak olub, 20 nəfər yaralanıb.
***
Son məlumatlara görə, Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
Hadisə şahidlərinin sözlərinə görə, silahlı şəxsin maşınını insanların
üzərinə sürüb. Sonra maşın parlament binasını əhatə edən barmaqlıqlara
çırpılıb. Silahlı şəxs maşından insanların üzərinə atəş açıb.
Cinayətkar daha sonra bıçaqla polislərin üzərinə hücum edib. Nəticədə polis onu vuraraq öldürüb.
Polis hadisəni terror hadisəsi elan edib.
***
Londonda parlamentin yaxınlığında baş vermiş atışma nəticəsində yaralanın biri dünyasını dəyişib.
Bu barədə London mərkəzi xəstəxanasının həkimi bildirib. Onun sözlərinə görə, digər yaralıların vəziyyəti ağırdır.
Londonda baş verən hadisə terror aktı kimi qiymətləndirilir.
***
Böyük Britaniyanın parlament binası yaxınlığındakı Vestminster
körpüsü üzərində baş verən silahlı insident nəticəsində 12 nəfər
yaralanıb.
Parlamentin işi dayandırılıb,
bina hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb.
"Atışma Vestminster körpüsü üzərində baş verib. Polis hər tərəfi
mühasirəyə alıb, əraziyə vertolyot ilə nəzarət olunur", - deyə "Sky
News" telekanalının məlumatında bildirilir.