Xəzər Xəbər

Həmsədrlər Bakıya hansı təkliflərlə gəlib? - AÇIQLAMA - VİDEO

Veb TV | 19:47 • 11 Mart 2017
Həmsədrlər Bakıya hansı təkliflərlə gəlib? -

Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır.

Xezerxeber.az məlumat verir ki, Bakıda olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən Riçard Hoqland mətbuat konfransında belə deyib.

Amerikalı həmsədrin fikrincə, 2016-cı ilin aprel hadisələrinin birinci ildönümü cəbhədə yox, danışıqlar masasında qeyd olunmalıdır.

Hoqland qeyd edib ki, beynəlxalq miqyasda Dağlıq Qarabağ problemi postsovet məkanındakı digər münaqişələrdən fərqlənir. Onun fikrincə, münaqişə uzun müddətdən bəri davam etsə də, həlli yolları mövcuddur. Təmas xəttində müşahidəçilərin sayının artırılması məsələsinə münasibət bildirməyən Hoqland, Sankt-Peterburq və Vyana görüşlərində tərəflər arasında etimadın artırılmasına dair təkliflərin olduğunu nəzərə çatdırıb. Diplomatın qənaətinə görə, hər iki tərəf etimadın artırılması variantlarını yenidən nəzərdən keçirməlidir.

Həmsədr gələn həftə Ermənistan rəhbərliyi ilə baş tutacaq görüşlərindən də danışıb.

Fransalı həmsədr Stefan Viskonti isə tərəflərin irəli getməyə istəyi olduğunu bildirib. Onun sözlərinə görə, danışıqlar prosesi durğun nöqtədən tərpənib. O həmçinin bildirib ki, çərşənbə axşamı Azərbaycan prezidenti Parisdə fransalı həmkarı ilə görüşəcək. Diplomat qeyd edib ki, ABŞ, Rusiya və Fransa birgə səylərini davam etdirəcək.

Rusiyalı həmsədr İqor Popov isə "Vyana və Sankt-Peterburqda əldə edilən razılıqlar icra olunmalıdır” bəyantını verib.

İqor Popov bildirib ki, həmsədrlər Bakıda Azərbaycan prezidenti ilə görüşdə danışıqlar masasındakı ideyaları müzakirə ediblər. O, təmas xəttindəki son durumun müzakirə olunduğunu da söyləyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti